CounterStrike turnirinə qatılmaq üçün qadın qılığına girdi


Digərləri 23 May 2020 19:05:00 143 0

CounterStrike turnirinə qatılmaq üçün qadın qılığına girdi

Koronavirus pandemiyasından dolayı bir çox e-idman turniri ya ləğv edilib, ya da onlayn şəkildə keçirilməsinə qərar verilib.

Son.az ted.az-a istinadən bildirir ki, onlayn şəkildə keçirilən CS:GO qadınlar turnirinə qatılmaq istəyən kişi qadın qılığına girib.

Lenovo tərəfindən təşkil edilən Counter-Strike: Global Offensive turnirinə qatılan kişi qadın kimi görünmək üçün parik taxıb. Üzünü isə tibbi maska vasitəsilə gizlədib.

Ancaq bütün bu səylərinə rəğmən diqqətli iştirakçılar sayəsində həmin şəxsin yalanı üzə çıxıb.