Vatikanda muzeylər açılır


Dünya 23 May 2020 18:00:00 160 0

Vatikanda muzeylər açılır

Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun 1-dən fəaliyyətini bərpa edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Müqəddəs Taxt-tacın mətbuat xidməti bildirib.

Bundan başqa, Roma papasının Kastel-Qandolfoda yerləşən yay iqamətgahı da turist səfərləri üçün açılacaq.

Səfərlər yalnız əvvəlcədən alınmış biletlərlə mümkün olacaq. Muzeylərdə zəruri təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.

Vatikan küçələri ilə ekoavtobuslarda səfərlərin bərpa olunduğu da deyilir.