Cici Hadidi görənlər tanıya bilmədi FOTO


Digərləri 23 May 2020 18:26:00 184 0

Cici Hadidi görənlər tanıya bilmədi  FOTO

Fələstin əsilli amerikalı məşhur model Cici Hadid makiyajsız videosunu yayımlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, altı aylıq hamilə olan Cici Hadid iki gün əvvəl makiyajsız halda canlı yayına qoşulub. ''İnstagram''  izləyiciləri makiyajsız görüntüsü ilə diqqət çəkən modelin estetik əməliyyat etdirdiyini iddia ediblər.

Cici daha sonra bu haqda açıqlama verərək estetik iddialarını qəbul etməyib. ''Üzüm yumru olduğu üçün estetik əməliyyat etdirdiyimi düşünürlər. Halbuki mən hər zaman yumru yanaqlara sahib olmuşam. Hamiləlik üzümü çox dəyişib''.