Özünü 16cı mərtəbədən atan müdafiə naziri


Dünya 23 May 2020 16:27:00 40 0

Özünü 16cı mərtəbədən atan müdafiə naziri

Amerika Birləşmiş Ştatlarında Müdafiə Nazirliyi 1947-ci ildə yaradılıb. Quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri birləşdirilərək yeni yaradılmış qurumun tabeliyinə verilib. Bununla da ABŞ Silahlı Qüvvələrinə vahid rəhbərlik müdafiə nazirinə həvalə olunub. 

Bu qurumun ilk rəhbəri, ABŞ-ın ilk müdafiə naziri Ceyms Forrestol olub. Müəmmalı ölümü uzun illər müzakirə mövzusuna çevrilən Forrestolun sıravi müxbirlikdən müdafiə naziri vəzifəsinə gedən həyat yolu, 57 illik ömrü maraqlı hadisələrlə keçib.

Ceyms Forrestol 1892-ci ildə Nyu-Yorkda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Prinston Universitetində ali təhsil alıb. Tələbəlik illərindən yaradıcılığa meyl göstərən Forrestol əvvəlcə universitet qəzetində müxbir kimi fəaliyyət göstərib, daha sonra qəzetin baş redaktoru vəzifəsini daşıyıb. Forrestol elə ilk əmək fəaliyyətinə də yerli qəzetlərdə sıravi müxbir kimi başlayıb.

Birinci dünya müharibəsində Ceyms Forrestol hərbi xidmətə yollanıb, hərbi dəniz qüvvələrində xidmət edib. Müharibədən sonra o, ABŞ-ın Demokratlar partiyasının Nyu-York şəhəri üzrə qərargahında çalışıb. İşgüzarlığı və çevikliyi ilə fərqlənən Forrestol partiyanın fəaliyyətində tanınmış simalardan birinə çevrilib. 1933-cü ildə keçirilən prezident seçkilərdə yüksək fəallıq göstərib, seçilmiş yeni prezident Franklin Ruzvelt şəxsən onun xidmətlərini yüksək qiymətləndirib.

Son.az musavat.com-a istinadən bildirir ki, 1940-cı ildə Ruzvelt Ceyms Forrestolu özünə köməkçi təyin edib. O, bu vəzifədə altı həftə işləyib. Bu qısa müddət ərzində prezidentin etimadını bir daha qazanan Forrestol hərbi dəniz qüvvələri nazirinin müavini təyin edilib. Nazir müavini vəzifəsində olduğu ərəfədə o, xidmətdə bir sıra yeniliklərə nail olub, şəxsi heyətin maddi təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, dövlət büdcəsindən xidmətə ayrılan vəsaitin miqdarı 30 faiz artıb.

Forrestol xidmətə o qədər bağlı şəxs olub ki, şəxsi həyatına zaman ayıra bilməyib, ailəsinə, övladlarına qayğl göstərməyə vaxt tapmayıb. Ailənin bütün qayğıları həyat yoldaşının üzərinə düşüb. Zaman-zaman bu cür münasibət böyük problemə çevrilib, ailədə ciddi narazılıqlar yaranıb. Həyat yoldaşı onun bu cür münasibətini işinin gərginliyi ilə deyil, onun psixoloji durumundakı problemləri ilə əlaqələndirib. Onun bu qənaəti gələcəkdə öz təsdiqini tapıb.

1944-cü ildə Ceyms Forrestol hərbi karyerasında daha bir addım irəli gedərək ABŞ-ın hərbi dəniz qüvvələri naziri vəzifəsinə təyinat alıb.

Franklin Ruzveltlə Forrestolun münasibətləri həmişə qarşılıqlı anlaşma şəraitində olub. Prezident onun təkliflərini qəbul edib, hərbi sahədə irəli sürdüyü təşəbbüsləri rəsmi səviyyədə dəstəkləyib.

Yalnız bir məsələdə tərəflərin ciddi fikir ayrılığı olub. Belə ki, hakim dairədə və hakim partiyda Ceyms Forrestol sovet rejiminin, SSRİ-nin ən qatı əleyhdarı sayılıb. O, bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə SSRİ-nin apardığı siyasəti sərt tənqid edib. "Dünənə qədər Stalin qanlı diktator idi, Almaniya ilə müharibədən sonra isə o, mərhəmətli Co dayıya çevrildi" ifadəsi də məhz Forrestola məxsusdur. Bu məsələdə həssas siyasətçi olan Ruzvelt Forrestola xarici siyasətə qarışmamağı məsləhət görüb. Amma növbəti prezident, Ruzveltdən sonra hakimiyyətə gələn Harri Trumen antisovet siyasətdə Forrestolla razılaşıb.

Trumenin hakimiyyətə gəlişi ilə Amerika Silahlı Qüvvələrinin strukturunda dəyişiklik məsələsi bir neçə dəfə müzakirəyə çıxarılıb. Yeni prezidentin üç hərbi qurumun bir qurumda birləşdirilməsi ilə bağlı təklifinə Forrestol müsbət reaksiya verməyib, o, Müdafiə Nazirliyinin yaradılmasının əleyhinə çıxıb. Amma son müzakirələrdə Trumen yeni nazirliyin yaradılmasına qərar verib. Bu nazirliyə rəhbər isə, inanılmış şəxs və peşəkar hərbçi kimi, məhz Ceyms Forrestol təyin edilib. Nazir kürsüsündə Ceyms Forrestol mütəmadi olaraq mətbuatda tənqid olunub. Tanınmış jurnalistlər öz yazılarında onu iki məsələdə ittiham edirlər. Əvvəlki vəzifəsində, hərbi dəniz qüvvələri naziri olanda vergidən yayınmada və qatı antisovet təbliğatı aparmaqla beynəlxalq müstəvidə gərginlik yaratmaqda. Mətbuatda bu səpkidə gedən mütəmadi yazılar Forrestolun nüfuzuna mənfi təsir göstərib. Digər tərəfdən, Trumenin hərbi xərclərə ciddi nəzarəti Forrestolun nazir fəaliyyətinə şübhələr yaradıb.

ABŞda Çinə zərbə: like
  • 23 May 16:22  
Dünya ABŞda Çinə zərbə:

ABŞ-ın Ticarət Nazirliyi Çinin 33 hökumət və kommersiya təşkilatını q

arrow Ətraflı
Lənkəranda avtobuslar dezinfeksiya edilir like
  • 23 May 16:07  
Sosial Lənkəranda avtobuslar dezinfeksiya edilir

​Lənkəran rayonunda koronavirus pandemiyası ilə mübarizə tədbirləri da

arrow Ətraflı
Zirəddin Rzayevdən koronavirus proqnozu like
  • 23 May 16:05  
Şou-biznes Zirəddin Rzayevdən koronavirus proqnozu

Rusiyada yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı ekstrasens Zi

arrow Ətraflı
Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı like
  • 23 May 16:01  
Dünya Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı

Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyy

arrow Ətraflı
Ölkədə şimal-qərb küləyi güclənib - FAKTİKİ HAVA like
  • 23 May 16:01  
Sosial Ölkədə şimal-qərb küləyi güclənib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.&

arrow Ətraflı
Gürcüstanda fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olundu like
  • 23 May 16:00  
Dünya Gürcüstanda fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olundu

Gürcüstanda mayın 22-ə keçən gecə fövqəladə vəziyyətin ləğv olunma

arrow Ətraflı
Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu, like
  • 23 May 15:58  
Digərləri Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu,

Azərbaycan Respublikasında 127 yeni koronavirus infeksiyasına yoluxma faktı

arrow Ətraflı
Bu günə qədər Azərbaycanda 3 982 nəfər koronavirusa yoluxub, 2 506-sı isə sağalıb like
  • 23 May 15:57  
Sosial Bu günə qədər Azərbaycanda 3 982 nəfər koronavirusa yoluxub, 2 506-sı isə sağalıb

Bu günə qədər Azərbaycanda&3 982 nəfərin koronavirus infeksiyasına yolux

arrow Ətraflı
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlandı, 107 nəfər sağaldı like
  • 23 May 15:55  
Sosial Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlandı, 107 nəfər sağaldı

Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

arrow Ətraflı
Peşə dərslərinin mayın 25nə olan CƏDVƏLİ like
  • 23 May 15:54  
Digərləri Peşə dərslərinin mayın 25nə olan CƏDVƏLİ

"Mədəniyyət" kanalında yayımlanan "Dərs vaxtı" verili

arrow Ətraflı
Bakı polisi və könüllülər vətəndaşlara tibbi maska payladı like
  • 23 May 15:53  
Sosial Bakı polisi və könüllülər vətəndaşlara tibbi maska payladı

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı t

arrow Ətraflı
Moskva zooparkında 84 yaşlı alliqator ölüb like
  • 23 May 15:49  
Dünya Moskva zooparkında 84 yaşlı alliqator ölüb

Moskva zooparkında 74 il yaşamış Saturn adlı alliqator ölüb

arrow Ətraflı
23 yaşlı "Dünya gözəli" intihar etdi  FOTO like
  • 23 May 15:49  
Dünya 23 yaşlı "Dünya gözəli" intihar etdi FOTO

Yeni Zellandiyanın "Miss Universe" birincisi seçilən gözəli Amber

arrow Ətraflı
Azərbaycanda propilen və etilen istehsalı artıb like
  • 23 May 15:46  
İqtisadiyyat Azərbaycanda propilen və etilen istehsalı artıb

Azərbaycanda propilen və etilen istehsalı artıb

arrow Ətraflı