Sahibkarlıq subyektlərində monitorinqlər aparılır FOTO


Digərləri 23 May 2020 14:32:00 63 0

Sahibkarlıq subyektlərində monitorinqlər aparılır  FOTO

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

Bu xəbəri də oxu: Bakıda piyadanı avtomobil vurub

İqtisadiyyat Nazirliyindən Son.az-a bildirilib ki, nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.

Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-də təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib. Suraxanı rayonunda "Maşallah Market"də və "Urfa Lahmacun" iaşə obyektində, Binəqədi rayonunda "Panda Kids", "Optimal Electronics" mağazalarında, "Garden Haus" restoranında, Sabunçu rayonunda "Moda Kids" mağazasında, "The Late Beauty" gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda "Derimod" mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus "Dokta Aptek"də, Yasamal rayonunda "OBA" marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Naxçıvan Ali Məclisinin daha bir qərarı açıqlandı like
  • 23 May 14:31  
Siyasət Naxçıvan Ali Məclisinin daha bir qərarı açıqlandı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının yeni t

arrow Ətraflı
Finlandiyada 28 May - Respublika Günü qeyd olunub like
  • 23 May 14:30  
Siyasət Finlandiyada 28 May - Respublika Günü qeyd olunub

Finlandiyada Azərbaycanın Respublika Günü qeyd olunub, həmçinin Ermənista

arrow Ətraflı
Naxçıvanın yeni Baş nazirindən ilk açıqlama like
  • 23 May 14:21  
Siyasət Naxçıvanın yeni Baş nazirindən ilk açıqlama

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin i

arrow Ətraflı
"Yoluxma halları kontroldan çıxa bilər" like
  • 23 May 14:21  
Digərləri "Yoluxma halları kontroldan çıxa bilər"

"İyun, iyul aylarında yoluxma sayı daha da yüksələcək"

arrow Ətraflı
"Azərişıq": Qeyri-iş günlərində istehlakçılar fasiləsiz enerji ilə təmin olunacaq like
  • 23 May 14:18  
İqtisadiyyat "Azərişıq": Qeyri-iş günlərində istehlakçılar fasiləsiz enerji ilə təmin olunacaq

Vaqif Mustafayev: "Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşıs

arrow Ətraflı
Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlandı like
  • 23 May 14:15  
Dünya Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlandı

İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbi

arrow Ətraflı
Şəmkirdə narkotik alqı-satqısı ilə məğul olan şəxslər saxlanıldı like
  • 23 May 14:13  
Sosial Şəmkirdə narkotik alqı-satqısı ilə məğul olan şəxslər saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
ATVnin bütün əməkdaşına koronavirus testi edilir  VİDEO like
  • 23 May 14:10  
Digərləri ATVnin bütün əməkdaşına koronavirus testi edilir VİDEO

ATV telekanalının 3 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

arrow Ətraflı
Naxçıvanın yeni Baş naziri məlum oldu like
  • 23 May 14:07  
Siyasət Naxçıvanın yeni Baş naziri məlum oldu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi M

arrow Ətraflı
"Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır" like
  • 23 May 14:04  
Digərləri "Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır"

Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyət

arrow Ətraflı
Bakıda yağış yağacaq, güclü külək əsəcək, duman gələcək like
  • 23 May 13:59  
Digərləri Bakıda yağış yağacaq, güclü külək əsəcək, duman gələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 24-nə olan hava proqno

arrow Ətraflı
İranda son sutkada 59 nəfər koronavirusdan ölüb like
  • 23 May 13:55  
Dünya İranda son sutkada 59 nəfər koronavirusdan ölüb

​İranda koronavirusa yoluxanların sayı artıb

arrow Ətraflı
"Sədərək"dən YENİ xəbər var like
  • 23 May 13:53  
Digərləri "Sədərək"dən YENİ xəbər var

"Sədərək" Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir

arrow Ətraflı
Anasını öldürüb qanıyla divara "Bu məhlənin namusu var" yazdı  FOTO like
  • 23 May 13:48  
Dünya Anasını öldürüb qanıyla divara "Bu məhlənin namusu var" yazdı FOTO

Anasını qətlə yetirən oğul hakim qarşısına çıxarılıb.

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi 133 obyektdə karantin qaydalarına riayət olunmamasını aşkarlayıb like
  • 23 May 13:46  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi 133 obyektdə karantin qaydalarına riayət olunmamasını aşkarlayıb

Monitorinqlər Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahə

arrow Ətraflı