DÇ2018in qızıl medallarından biri hərracda satılıb


Dünya 23 May 2020 09:25:00 145 0

DÇ2018in qızıl medallarından biri hərracda satılıb

Futbol üzrə 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qızıl medallarından biri hərraca çıxarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Julien's Auctions" auksion evindən bildiriblər.

Məlumata əsasən, 2018-ci ilin Dünya Çempionatının qalibi olan Fransa yığmasının oyunçularından birinin qızıl medlaı hərracda 65 950 avroya satılıb.

Medalın sahibinin kimliyi barədə məlumat verilmir.