Pandemiya dövründə hansı sahələrdə aktivlik müşahidə olunub?


Digərləri 23 May 2020 09:45:00 147 0

Pandemiya dövründə hansı sahələrdə aktivlik müşahidə olunub?

Pandemiya dövründə səhiyyə, qida, yüklərin daşınması və bir sıra sənaye məhsulu istehsalı ilə məşğul olan sektorlarda müəyyən aktivlik müşahidə olunub.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri, iqtisadçı ekspert Fariz Yadigarov deyib.

Ekspert bildirib ki, bütövlükdə geriləmə vəziyyətində olan bir iqtisadi sistemin hər hansı elementinin, özü də hərəkətverici olmayan elementinin dar zaman çərçivəsindəki müvəqqəti irəliləyişini adətən gəlirlilik kimi qiymətləndirmirlər:

"Eyni fikirləri həm qlobal, həm də dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatı barədə demək olar. Azərbaycandakı mövcud vəziyyət də demək olar ki, qlobal vəziyyətin paralelidir.

Burada daha çox zərərsizlikdən, ən yaxşı halda isə sahədaxili müqayisəli gəlirlilikdən danışmaq olar. Misal olaraq, nəqliyyat sahəsi öz-özlüyündə fərqli təsnifatlarla bir neçə alt sahəni birləşdirir - məsələn, yük və sərnişin nəqliyyatı, beynəlxalq, regional və lokal nəqliyyat və s.

İndi biz burada pandemiyanın nəqliyyat sahəsinə birmənalı müsbət və ya mənfi təsirindən heç cür danışa bilmərik. Təkcə Azərbaycan misalında vəziyyəti ifadə etmək mümkün olar. Belə ki, sərnişin nəqliyyatı istər beynəlxalq, istərsə də regional səviyyədə böyük şok yaşadı. Lokal səviyyədə isə, əsasən də xüsusi karantin rejimi vaxtında demək olar ki, taksi və məhdud ictimai nəqliyyat fəaliyyət göstərdi. Bütün səviyyələrdə yük nəqliyyatı, eləcə də ticarət sahəsi ölkə üçün əsas prioritet məhsulların daşınması ilə məhdudlaşdı. Məhdud sayda mal seqmentinin topdan satışı, yalnız qida və səhiyyə məhsullarının pərakəndə ticarətinin davamlı fəaliyyət göstərməsi mümkün oldu".

Mütəxəssis qeyd edir ki, analoji misalları digər sahələr üzrə də gətirmək olar: