Tramp üç aylıq maaşını COVİD19a qarşı dərmanın hazırlanmasına ianə edib


Dünya 23 May 2020 08:18:00 150 0

Tramp üç aylıq maaşını COVİD19a qarşı dərmanın hazırlanmasına ianə edib

ABŞ prezidenti Donald Tramp üç aylıq əməkhaqqı məbləğini yeni növ koronavirusa (COVİD-19) qarşı dərmanın hazırlanmasına ianə edib.

Son.az Trend-ə istinadən bildirir ki, D.Trampın sözlərinə görə, o, vaksinin hazırlanmasına 100 min dollar ayırıb.

ABŞ prezidenti bildirib ki, ianə edilən vəsait koronavirusun müalicəsi və qarşısının alınması üçün yeni dərmanların hazırlanması istiqamətində davam edən səyləri dəstəkləmək üçün Səhiyyə Nazirliyinə və sosial xidmətlərə göndərilib.

Qeyd edək ki, daha əvvəl D.Tramp 2019-cu ilin 4-cü rübü üzrə əməkhaqqı məbləğini də koronavirusla mübarizəyə bağışlamışdı.