Suriyada İŞİD-in iki lideri öldürüldü


Dünya 23 May 2020 03:50:03 161 0

Suriyada İŞİD-in iki lideri öldürüldü

İŞİD terror qruplaşmasının iki regional lideri "Suriya Demokratik Qüvvələri" və ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı beynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı öldürülüb.

İŞİD terror qruplaşmasının iki regional lideri "Suriya Demokratik Qüvvələri" və ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı mübarizə üzrəbeynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının bəyanatında bildirilir.

"Mayın 17-də "Suriya Demokratik Qüvvələri" koalisiya ilə birgə Deyr-ez-Zor əyalətində İŞİD-in mövqelərinə zərbə endirdi. İŞİD-in iki lideri – Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsəm əl-Cuqayfi bu əməliyyatın gedişatında həlak oldular", - sənəddə deyilir.

Qeyd edilir ki, terrorçulardan birincisi Bağdadın şimalında qruplaşma üzvləri arasında rəhbərliyin göstərişlərinin yayılması ilə məşğul olub, ikinci şəxsisə silahın əldə olunmasına və digər məsələlərəcavabdehlik daşıyıb.