ÜST: Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb


Dünya 22 May 2020 23:20:00 174 0

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 22-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 284 nəfər yeni koronavirusa yoluxub, 4 482 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 993 470, ölənlərin isə 327 738 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 220 267 yoluxma və 131 605 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 966 244, ölənlərin sayı isə 171 327 nəfərə çatıb.