“Eyni maskanı 15 gün taxmağımızı istəyirlər” dedi, ruhi dispanserə yerləşdirildi


Dünya 22 May 2020 20:31:00 167 0

“Eyni maskanı 15 gün taxmağımızı istəyirlər” dedi, ruhi dispanserə yerləşdirildi

Hindistanın Visaxapatnam şəhərindəki xəstəxanalardan birində 20 ildir anestezioloq işləyən Sudhakar Rao fərdi qoruyucu vasitələrin azlığından şikayət etdiyi üçün təqibə məruz qalıb.

Son.az publika.az -a istinadən bildirir ki, həkim Rao 3 apreldə yerli televiziyalardan birinə verdiyi açıqlamada fərdi qoruyucu vasitələrin az olduğunu bildirərək, həyati risk altında çalışdıqlarını dilə gətirib:

"15 gün ərzində eyni maskanı taxmağımızı istəyirlər". Videogörüntünün sosial mediada yayılmasından sonra həkim üzr istəsə də, təqiblər çoxalıb.

Visaxapatnamın polis bölməsindən verilən açıqlamaya əsasən, həkim Rao sərxoş halda ictimai asayişi pozduğuna görə saxlanılıb. Əllərini isə ətrafda ona təzyiq göstərən şəxslərin bağladığı bildirilib. Ancaq sosial mediada yayılan başqa bir videoda polisin Raonun əllərini bağladığı görülüb.