Ceyranbatan su anbarı yenidən qurulur FOTO


Digərləri 22 May 2020 18:46:00 51 0

Ceyranbatan su anbarı yenidən qurulur  FOTO

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun içməli su təchizatında böyük payı olan Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma işləri aparılır.

Bu xəbəri də oxu: Qubada avtomobil dərəyə aşıb,

Qurumdan Son.az-a verilən məlumata görə, 1960-80-ci illərdə mərhələlərlə inşa edilmiş Ceyranbatan Sutəmizləyici Qurğularının təmiz su anbarları uzun illər istismar olunub. Son dövrlərdə anbarların istismar tələblərinə cavab verməməsi lazımi həcmdə su ehtiyatlarının toplanmasında və istehlakçıların artan tələbatının ödənilməsində çətinliklər yaradırdı. Bütün bunlar nəzərə alınaraq, Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan suların toplandığı anbarlarda əsaslı yenidənqurma işləri həyata keçirilir.

Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib. Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib. Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə 6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların quraşdırılması suyun + 105 Saray anbarına qaldırılaraq buradan özüaxımlı rejimdə paylanmasına imkan verəcək.

Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq, xüsusən yay aylarında artan tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.

Azərbaycanda 24 milyonadan artıq maska satışa çıxarılıb like
  • 22 May 18:45  
Digərləri Azərbaycanda 24 milyonadan artıq maska satışa çıxarılıb

Fevralən 24-dən bu günə qədər Azərbaycanda 24 milyonadan artıq tibbi mas

arrow Ətraflı
Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib  FOTO like
  • 22 May 18:41  
Siyasət Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib FOTO

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bey

arrow Ətraflı
Metropolitendə xidmət göstərən polis əməkdaşında koronavirus aşkarlanmayıb like
  • 22 May 18:37  
Digərləri Metropolitendə xidmət göstərən polis əməkdaşında koronavirus aşkarlanmayıb

Metropolitendə xidmət göstərən polis əməkdaşında koronavirus infeksiyas

arrow Ətraflı
27 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 22 May 18:35  
Digərləri 27 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Baş Prokurorluq Oğuzda 13 yaşlı şəxsin meyitinin tapılması ilə bağlı məlumat yaydı like
  • 22 May 18:32  
Digərləri Baş Prokurorluq Oğuzda 13 yaşlı şəxsin meyitinin tapılması ilə bağlı məlumat yaydı

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il t

arrow Ətraflı
Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır like
  • 22 May 18:32  
İqtisadiyyat Bu il ADB aşağı gəlirli ölkələrə 260 milyon dollar ayırmağı planlaşdırır

ADB aprelin 13-də koronavirusla mübarizə çərçivəsində təsdiqlədiyi 20

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxanlar arasında HAMİLƏ QADINLAR VAR like
  • 22 May 18:23  
Digərləri Azərbaycanda koronavirusa yoluxanlar arasında HAMİLƏ QADINLAR VAR

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar var.

arrow Ətraflı
Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb like
  • 22 May 18:20  
Siyasət Nazirlər Kabineti: 24 milyondan artıq tibbi maska satışa çıxarılıb

“Xüsusi karantin rejimi yumşaldılandan sonra&maskalara diqqət artıb”.

arrow Ətraflı
Koronavirusa qarşı 8 vaksinın insanlar üzərində yoxlanılmasına başlanıldı like
  • 22 May 18:19  
Digərləri Koronavirusa qarşı 8 vaksinın insanlar üzərində yoxlanılmasına başlanıldı

"Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vak

arrow Ətraflı
“Mall”ların açılacağı gözlənilir like
  • 22 May 18:17  
Siyasət “Mall”ların açılacağı gözlənilir

“Növbəti yumşalma mərhələsində “mall”arın açılması gözlənilir

arrow Ətraflı
Prokurorluq: Oğuzda itkin düşmüş şəxsi ayının öldürdüyü ehtimal edilir like
  • 22 May 18:17  
Sosial Prokurorluq: Oğuzda itkin düşmüş şəxsi ayının öldürdüyü ehtimal edilir

Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il t

arrow Ətraflı
Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib like
  • 22 May 18:16  
Digərləri Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Pandemiya dövründə 10 mindən artıq vətəndaşın Azərbaycana gətirilməs

arrow Ətraflı
Onur Tuna İstanbuldakı azərbaycanlı tələbələrə kömək etdi like
  • 22 May 18:14  
Digərləri Onur Tuna İstanbuldakı azərbaycanlı tələbələrə kömək etdi

Türkiyəli aktyor Onur Tuna İstanbulda təhsil alan azərbaycanlı tələbəl

arrow Ətraflı