TƏBİB sədri: "İş yerlərində sosial qaydalara əməl etməmək yoluxma hallarının artmasına səbəb olub"


Digərləri 22 May 2020 18:05:56 147 0

TƏBİB sədri: "İş yerlərində sosial qaydalara əməl etməmək yoluxma hallarının artmasına səbəb olub"

İş yerlərində sosial qaydalara əməl etməmək, maska taxmamaq yoluxma hallarının artmasına səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, istər özəl, istər dövlət qrumlarında hər hansı bir şəxsdə koronavirus infeksiyası aşkarlanarsa, həmin qurumların onunla təmasda olan bütün əməkdaşlarından test götürülür və pozitiv çıxdığı halda onlar dövlət hesabına müalicə olunurlar.

ATV kanalında yoluxma halına münasibət bildirən R.Bayramlı qeyd edib ki, kanalın 3 əməkdaşında yoluxma faktı qeydə alınıb: "Onlarla yaxın təmasda olan digər insanlardan testlər götürülüb və bu günlərdə testlərin cavabları bildiriləcək".