İri ticarət mərkəzləri və Malllar AÇILIR?


Digərləri 22 May 2020 17:38:07 134 0

İri ticarət mərkəzləri və Malllar AÇILIR?

İri ticarət mərkəzləri, Mall-ların açılması və rayonlara gediş-gəliş məsələsinə baxılacaq.

Son.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı "Böyük ticarət mərkəzləri və Mall-ların açılması gündəmdədir. Böyük ehtimalla əgər göstəricilər stabil olarsa, bu barədə qərar qəbul ediləcək" deyib.