Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb


Digərləri 22 May 2020 17:14:00 217 0

Oksford Universiteti koronavirus vaksini sınaqlarının ikinci mərhələsinə başlayıb

Böyük Britaniyanın Oksford Universitetinin mütəxəssisləri koronavirus vaksininin sınaqlarının ikinci mərhələsinə start verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu mərhələdə 10 mindən çox könüllü iştirak edəcək.

Sınaqların birinci mərhələsində 18-55 yaş qrupundan olan mindən çox könüllü iştirak edib.

Qeyd edək ki, Oksford Universitetinin mütəxəssisləri şimpanze virusu əsasında koronavirus vaksini yaratdığını bildirib.