"Evimiz başımıza uçur"


Şou-biznes 22 May 2020 16:04:00 210 0

"Evimiz başımıza uçur"

"Artıq bıçaq sümüyə dirənib. İntihar belə etmək istəyirəm. Başqaları kimi fərqli yollardan pul qazanan sənətçi deyiləm. Ancaq sənətimlə qazanıb, xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan doldurmuram. Çarəsiz qalmışam. Hər anımız təhlükəlidir. Hər gün yuxudan sağ oyananda dua edirik. Evimiz başımıza uçur. Bizə yardım etsinlər, bu vəziyyətdən çıxaq".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli deyib. "Bizimləsən" verilişinə gələn sənətçi və həyat yoldaşı Nərmin evlərinin pis gündə və hər an uçma təhlükəsi olduğunu söyləyib. Göz yaşını saxlaya bilməyən ifaçı gəlirinin də olmadığını bildirib:

"Çox yerə müraciət etdim, nəticə olmadı. Mən də ailəmi gözəl yaşatmaq istəyirəm. İndi maddi durumumuz elə pisdir ki, yeməyə çörəyi güclə tapırıq. Allah şahiddir ki, düzünü deyirəm. İllərdir ev şəraitində çəkilən verilişlər olur, edə bilmirəm. Çoxu inanmır ki, evimdə çəkiliş aparılsın.

35 ildir sənətdəyəm, çox toya da getmirəm. Dövlət tədbirlərində yer alıram. Bura gəlməyə də utanırdım, amma çarəsiz qaldım. Heç vaxt heç kimin qarşısında əyilməmişəm, bu gün sınıram. İndiyə kimi qazandıqlarımı kənar yerə xərcləməmişəm, valideynlərimə baxmışam".

Nərmin isə evdə sıçovulların gəzdiyini bildirib: