İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib


Digərləri 22 May 2020 14:44:00 132 0

İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 53 458 abituriyent elektron qaydada ərizə verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.

Ümumilikdə indiyədək I ixtisas qrupu üzrə 22 522, II ixtisas qrupu üzrə 9 854, III ixtisas qrupu üzrə 17 106, IV ixtisas qrupu üzrə 3 976 abituriyent ərizə verib.

Bu günədək ərizə verənlərin 48 725-i Azərbaycan, 4733 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 38 882, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 38 882 nəfər təşkil edir.