İcra nümayəndəsi: 12 yaşlı uşağın meyitinin parçalanması məlumatı yalandır


Digərləri 22 May 2020 14:51:00 56 0

İcra nümayəndəsi: 12 yaşlı uşağın meyitinin parçalanması məlumatı yalandır

Oğuz rayonunun Xaçmaz kəndində meyiti tapılan 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi xəbəri yanlışdır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Oğuz rayon İcra Hakimiyyətinin Xaçmaz kənd icra nümayəndəsi Teymur Atakişiyev deyib.

İcra nümayəndəsi bildirib ki, uşağın meyitində parçalanma yoxdur:

"Uşaq dünən su açmaq adı ilə arxa gedib. Arx kəndin kənarındakı meşənin içərisindədir. Arxın yanında velosipedi qalıb, özü isə yoxa çıxıb. Dünən gecə səhərə qədər rayon polis şöbəsinin, İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və 700 nəfərə yaxın kənd sakini ilə birlikdə meşədə axtarış aparmışıq. Mayın 22-də səhər saat 10 radələrində uşağın meyiti velosipedi saxladığı yerdən təxminən 1 kilometr aralı, meşənin içərisindəki çayın kənarında aşkarlanıb.

Uşağın meyitinin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər tam yalandır. Onun baş-beyin nayihəsində xəsarət var. Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Uşağın paltarları da əynindədir, corabları da, ayaqqabısının biri yoxdur. Həmçinin üz-gözündə, bədənində, sıyrılma və cırılma, paltarlarında parçalanma izi yoxdur. Uşağın başındakı çapıq vurmaqla yıxılma, daşa dəymə xəsarətlərinə də oxşayır. Amma, meyitin vəhşi heyvan tərəfindən parçalanması iddiası yalandır".

T. Atakişiyev deyib ki, hazırda meyit ekspertizaya göndərilib və hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirilir: "Hələlik hadisə ilə bağlı kiminsə təqsirləndirilməsi, saxlanılması barədə məndə məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır".

Xatırladaq ki, mayın 21-də oğuz rayonunun Xaçmaz kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Son.az 

İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib like
  • 22 May 14:44  
Digərləri İndiyədək ali məktəblərə sənəd verənlərin çoxu I ixtisas qrupunu seçib

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 53 458 abituriyent

arrow Ətraflı
Ötən il ASAN-larda 412 əsassız imtina halı qeydə alınıb like
  • 22 May 14:43  
Siyasət Ötən il ASAN-larda 412 əsassız imtina halı qeydə alınıb

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə və səyyar “ASAN

arrow Ətraflı
Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb like
  • 22 May 14:39  
Dünya Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

"Pakistan Beynəlxalq Hava Yolları" şirkətinə məxsus sərnişin t

arrow Ətraflı
Hava şəraitinin dəyişəcəyi barədə like
  • 22 May 14:37  
Digərləri Hava şəraitinin dəyişəcəyi barədə

Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında

arrow Ətraflı
Aşıq Rusiyada vəfat etdi like
  • 22 May 14:34  
Şou-biznes Aşıq Rusiyada vəfat etdi

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

arrow Ətraflı
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq like
  • 22 May 14:30  
Sosial Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında

arrow Ətraflı
"Sən mənim üçün doğuldun" like
  • 22 May 14:29  
Şou-biznes "Sən mənim üçün doğuldun"

Müğənni Nadir Qafarzadənın həyat yoldaşı Sevinc xanımın doğum günüd

arrow Ətraflı
BoJ yeni kredit proqramını açıqladı like
  • 22 May 14:28  
İqtisadiyyat BoJ yeni kredit proqramını açıqladı

Yaponiya Mərkəzi Bankınıın əvvəlki kredit proqramı və istiqraz alım pr

arrow Ətraflı
Serbiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi like
  • 22 May 14:27  
Siyasət Serbiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç&Azərbaycan Respublikası

arrow Ətraflı
XİN başçısı: “Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaranıb” like
  • 22 May 14:25  
Dünya XİN başçısı: “Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaranıb”

“Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ikitərəfli m

arrow Ətraflı
TAPın Albaniya hissəsinin qazla doldurulması başlayıb like
  • 22 May 14:24  
Digərləri TAPın Albaniya hissəsinin qazla doldurulması başlayıb

Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Albaniya sərhədindən Albani

arrow Ətraflı
Bolqarıstan Aİ və Şengen zonası ölkələri üçün sərhədləri açıb like
  • 22 May 14:19  
Dünya Bolqarıstan Aİ və Şengen zonası ölkələri üçün sərhədləri açıb

Bolqarıstan Avropa İttifaqı və Şengen zonası ölkələrinin vətəndaşlar

arrow Ətraflı
Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var - VİDEO like
  • 22 May 14:15  
Dünya Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var - VİDEO

“Pakistan Hava Yolları”na aid təyyarə qəzaya uğrayıb

arrow Ətraflı
Azərbaycan qazı Albaniyaya çatıb like
  • 22 May 14:15  
İqtisadiyyat Azərbaycan qazı Albaniyaya çatıb

​Azərbaycan qazı Albaniyaya çatıb

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 22 May 14:14  
Digərləri Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı