Peskovun xanımı koronavirusdan sağaldı,


Dünya 22 May 2020 14:59:00 166 0

Peskovun xanımı koronavirusdan sağaldı,

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, tanınmış fiqurist Tatyana Navka koronavirusdan sağalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xanımın özü məlumat verib. O, Rusiya KİV-nə danışaraq, virusdan xilas olduğunu açıqlayıb: "Yenidən məndən test nəticələri götürüldü, cavab neqativ oldu. Hər şey yaxşıdır. Dmitri isə sağalmağa doğru gedir, xəstəxanadadır".

Qeyd edək ki, mayın 12-də Peskovun COVID-19-a yoluxduğu açıqlanmışdı. Onun ardınca xanımının test nəticələri də müsbət çıxmışdı.