Aşıq Rusiyada vəfat etdi


Şou-biznes 22 May 2020 14:34:00 204 0

Aşıq Rusiyada vəfat etdi

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayırmış.

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.