Bolqarıstan Aİ və Şengen zonası ölkələri üçün sərhədləri açıb


Dünya 22 May 2020 14:19:00 146 0

Bolqarıstan Aİ və Şengen zonası ölkələri üçün sərhədləri açıb

Bolqarıstan Avropa İttifaqı və Şengen zonası ölkələrinin vətəndaşlarına ölkəyə gəlməsinə icazə verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bolqarıstan Səhiyyə Nazirliyinin qərarında deyilir.

Mayın 22-dən etibarən Bolqarıstan qeyd olunan ölkələr üçün sərhədləri açıb. Bu gündən etibarən ölkəyə səfər edən şəxs yaşadığı yer üzrə 14 gün müddətinə karantinə alınmalıdır.

Bu tələb tibb işçiləri, diplomatlar, beynəlxalq təşkilatlaırn nümayəndələri, mövsümi işçilər və beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil olunmayacaq.