Gürcüstan XİN başçısına yeni müavin təyin edildi


Dünya 22 May 2020 14:03:51 157 0

Gürcüstan XİN başçısına yeni müavin təyin edildi

Vladimir Konstantinidi Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani

Vladimir Konstantinidi Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin XİN başçısı Davit Zalkaliani bildirib.

O, V.Konstantinidi yeni vəzifədə bu yaxınlarda istefa verən Mixeil Ninuanı əvəzləyəcək.

Qeyd edək ki, bu vaxta qədər V.Konstantinidi Gürcüstan XİN-in rəsmi sözçüsü olub.