Övlad həsrəti 20 ildən sonra bitən Azərbaycan ailəsi QORXU İÇİNDƏ


Digərləri 22 May 2020 12:51:00 149 0

Övlad həsrəti 20 ildən sonra bitən Azərbaycan ailəsi QORXU İÇİNDƏ

Şəkildə gördüyünüz 4 aylıq uşaq Musazadə Rüfətdir. İki dəfə onurğa beyinindən əməliyyat olunub. Üçüncü dəfə əməliyyat edilməli olsa da ailənin maddi durumu yaxşı deyil.

20 ildən sonra övlad həsrəti bitən ailənin sevinci qısa çəksə də Rüfətin hələ də həyatda qalma şansı var. 

Son.az-a açıqlama verən Rüfətin valideyinləri xeyirsevər insanlardan övladlarının həyatını xilas etmək üçün kömək istəyiblər:

"Özümüz Şirvan sakiniyik. Uşağın vəziyyəti ilə əlaqədar indi Əhmədlidə yaşayırıq. Rüfət iki dəfə əməliyyat edilib. Həkimi neyrocərrah Tural Hidayətovdur. İndi uşağın boynuna dəmir qoyublar. Gözləyirlər ki, uşağın sümüyü bərkisin, 3 aydan sonra onu çıxardacaqlar. Aprelin 29-da ikinci əməliyyatı oldu. Üçüncü əməliyyatının vaxtı iyulun axırı, avqustun əvvəlinə düşür. Uşaq qripdən pozuldu. qanında infeksiya yarandı. O infeksiya boynundan çirk çıxartdı. Sümüyü saxlayan bağı çirk yedi, sümüyü yerindən oynatdı. Onun boynundakı sümük oynayıb onurğa beyninə, sinirlərinə təsir edir. Nəfəs yolunu tutur. İki dəfə əməliyyat olunub, indi üçüncü dəfə də əməliyyat olunmalıdır. Uşağın sığortası da var idi, limiti qurtarıb. Bizim də 7 min xərcimiz çıxıb. Sonra imkanımız olmadı. Rüfət 20 ildən sonra olub, əkizdirlər. Rüfət əkizin tayıdır. Əkiz tayı sağlamdır".