Bakıda zavodda dəhşət:


Digərləri 22 May 2020 11:29:00 164 0

Bakıda zavodda dəhşət:

Bakıda usta faciəli şəkildə ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.