“Wizzair” Gürcüstana uçuşları bərpa etməyə hazırdır


Dünya 22 May 2020 11:19:07 144 0

“Wizzair” Gürcüstana uçuşları bərpa etməyə hazırdır

Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstana uçuşları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

Macarıstanın aşağıbüdcəli “Wizzair” şirkəti Gürcüstana uçuşları bərpa etməyə hazır olduğunu təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bunuGürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, aviaşirkət artıq Vilnüs-Kutaisi istiqaməti üzrə birbaşa uçuşların bərpasına hazırdır.

N.Turnava qeyd edib ki, Baltikyanı ölkələr arasında hava əlaqəsi artıq bərpa olunub: “Gürcüstan bu ölkələrin hər biri ilə turist səfərlərini bərpa etməyə hazırdır”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə hazırlaşır. Artıq 20-dən artıq aviaşirkətlə Gürcüstana uçuşların bərpası ilə bağlı razılıq əldə olunub.