Krit adası sahillərində güclü zəlzələ qeydə alınıb


Dünya 22 May 2020 09:04:00 156 0

Krit adası sahillərində güclü zəlzələ qeydə alınıb

Yunanıstanın Krit adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Zəlzələnin episentri Kritdə yerləşən İerapetra şəhərindən 58 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.