İspaniya hökuməti turistlər üçün "təhlükəsiz dəhlizlər" aça bilər


Dünya 21 May 2020 19:54:00 179 0

İspaniya hökuməti turistlər üçün "təhlükəsiz dəhlizlər" aça bilər

"İspaniya hökuməti digər ölkələrdən turistlərin gəlməsinə icazə verilməsi imkanını nəzərdən keçirir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İspaniyanın Ekoloji keçid naziri Teresa Ribera deyib.

O bildirib ki, turistlər üçün "təhlükəsiz dəhlizlər" tətbiq oluna bilər:

"Bu sistem son bir-iki həftə pandemiyaya yoluxma hallarının sutkada 0,3 faizdən çox artmadığı regionlardan turistlərin səfər etməsinə imkan verəcək".

Nazir əlavə edib ki, İspaniyada gündəlik artım son bir həftə ərzində 0,3 faiz nisbətini keçməyib.

"Təhlükəsiz dəhlizlər" epidemioloji vəziyyətin İspaniyaya oxşar olduğu ölkələrlə açıla bilər.