Azərbaycan nefti bahalaşıb


Digərləri 19 May 2020 12:16:00 157 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 36,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,35 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 34,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,9 dollar/barel çoxdur.