“Onunla məni eyni tutanda qıcıqlanıram”


Şou-biznes 20 Apr 2020 20:24:00 276 0

“Onunla məni eyni tutanda qıcıqlanıram”

"Məndən sonra çıxanlar hamısı adımı çəkir ki, Anarı ötüb keçmişəm. Sonra ünvanıma deyilmişdi ki, Azərbaycanda iki stilist var: mən və o. Deməkdən ki, o, sonra mən... Ad çəkmirəm. Çox gülməlidir. O adam etdiyimin 0,3 faizini etməyib. Yollarımız fərqlidirsə, müqayisəolunmazdır. Eynidirsə, fərq çoxdur. İstər həmin şəxs olsun, istər başqası, məndə görüb kopyalayırlar".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev həmkarı Elnur Həsənov haqda "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında söyləyib.

Anar Elnurla müqayisə edilməyi xoşlamadığını açıqlayıb:

"Siz bu sahəyə bələd deyilsiniz deyə, o şəxs sizə çox şey deyə bilər. Belə çıxır ki, ancaq "nude" makiyajlar edir? Faktla göstərim ki, bunun harası "nude"dur? İstənilən müştəri ağır və yüngül makiyaj istəyə bilər. Peşəkar odur ki, hər bir işi bacarmalıdır. İnsanı tək makiyajla yox, təpədən-dırnağadək dəyişirəm. 5-6 ildir Biləcərini aşmışam, o aşıb? Yox!".

Anar Elnurla arasında yaranan problemin səbəbini də açıqlayıb:

"O, mənim susmağımdan istifadə edib. Münasibətimiz gözəl idi. "Eurovision" zamanı biz vizajist qrupunda işləyirdik. O, iki pillə aşağı qrupda idi. Bu, qəbahət deyil. Ruxa, mən və digər 2 nəfər yuxarı qrupdaydıq. Bir gün Neslihan Atagül Bakıya gəldi. Həmin günü Nigar Camal, Röya və Miri Yusif də orada idi. Nigar mənə dedi ki, Neslihanla görüşmək istəyirəm, atam onun fanatıdır. Girdi, onunla görüşdü. O zaman münasibətimiz var idi. Həmin ərəfədə Nigar Elnurun yanına gedib. Orada deyib ki, hər şey necə əla idi... Qarşı tərəfə deyir ki, sən niyə şəkil çəkdirmədin? O da qüruruna sığışdırmır. Demir ki, Anara yaxınlaşmağa utandım. Deyib ki, girmək istədim. Söylədilər ki, Neslihan əsəbidir. Ağlayıb, makiyajını silib bəyənməyib. Nigar da qayıdıb deyib ki, necə? Neslihanın yanında idim, bəyənmirdisə, Anar onun yanına necə gedib? Bunu da mənə Nigar təsadüfən dedi. Söylədi ki, Anar, Neslihan orada ağlamışdı, ona nə olmuşdu? Mənə niyə demirsən? Nigar bunu qəsdən deməmişdi. Dönə-dönə xahiş etdi ki, Elnura yazma, zəng etmə. Mənə yaxınlaşsaydı, Neslihana onu həmkarım kimi təqdim edərdim. Bundan sonra kimisə qısqanmağım gülməlidir.

Bu sahədə stilistlər mənim etdiyimi təkrarlamaq üçün 15 il yaşamalıdırlar. Həmin vaxtı Neslihanın ağlamağı barədə şayiəni də sayt vasitəsilə o, yayıb. Ona dedim ki, barəmdə yalan şayiə buraxmaq sənin başın üçün deyil. Ondan sonra üstündən xətt çəkdim".

Stilist bildirib ki, bu sahədə ondan çox əziyyət çəkən olmayıb: