Hər 20 ildə bir dəfə... Bill Qeytsdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ


Digərləri 10 Apr 2020 23:16:00 139 0

Hər 20 ildə bir dəfə...  Bill Qeytsdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ

"Microsoft"un qurucusu və qlobal güclərə yaxınlığı ilə seçilən Bill Qeyts koronavirusla bağlı təhlükəli proqnoz verib.

Son.az xəbər verir ki, Qeyts hər 20 ildən bir dünyada koronavirusa bənzər epidemiyaların yayılacağını bildirib.

"Financial Times" nəşrinə danışan Qeyts əvvəlki illərdə epidemiyaların bəşəriyyətin ən böyük problemi olduğunu deyib.

"Koronavirus insanların yaşadığı ən böyük hadisədir. Bu epidemiyadan dövlətlər dərs götürəcək. Bununla öncədən xəbərdarlıq verən sistemlər də həyatımıza daxil olacaq. Əgər qabaqlayıcı tədbirlər əvvəlcədən görülsəydi, bu gün trilyonlarla dollar xərcləməyə lüzum qalmayacaqdı", - o bildirib.