Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər alimlər


Digərləri 10 Apr 2020 22:34:00 131 0

Bu vitamin aparata qoşulmuş xəstələri xilas edə bilər  alimlər

Hazırda ağır gedişli koronaviruslu xəstələrin ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş xəstələrin cihazdan tez bir zamanda azad olunması uğrunda çarpışırlar.

C vitamini belə xəstələri kritik durumdan daha tez müddətə çıxarmağa kömək edir.

Son.az medicina.az-a istinadən bildirir ki, beynəlxalq intensiv terapiya jurnalında Helsinki və Sidney universitetinin həkimləri intensiv terapiyada olan xəstələrdə C vitamininin təsirini göstərən sistematik ədəbiyyatın təhlilini aparıb.

689 pasiyenti əhatə edən 8 iri tədqiqatın nəticələri göstərir ki, C vitamini süni tənəffüs aparatında olan xəstələrin aparatda qalma müddətini 14%azaldıb.

Uzun müddət ventilyasiya aparatına qoşulmuş ağır xəstələrdə bu vitamin daha möhtəşəm nəticələr göstərmişdir.