“Səs Uşaqlar”ın final tarixi dəyişdirildi


Digərləri 10 Apr 2020 21:30:00 134 0

“Səs Uşaqlar”ın final tarixi dəyişdirildi

İTV-də yayımlanan "Səs Uşaqlar" müsabiqəsinin apreldə canlı yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, şounun finalı yaxınlaşdığı üçün yarışmada tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər olunub. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib.

Sonuncu buraxılışın tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.