Avtomobil oğurlayan paytaxt sakini saxlanıldı


Digərləri 10 Apr 2020 21:10:00 114 0

Avtomobil oğurlayan paytaxt sakini saxlanıldı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də T.Mikayılovun "Mercedes" markalı avtomobilini qaçırmaqda, "Renault" və "Mercedes" markalı 2 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.