Fransada gəminin 50 heyət üzvü koronavirusa yoluxdu


Dünya 10 Apr 2020 21:00:00 126 0

Fransada gəminin 50 heyət üzvü koronavirusa yoluxdu

Fransaya məxsus "Şarl de Qoll" gəmisinin 50 nəfər heyət üzvündə COVID-19 virusu aşkar edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Fransa Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda dənizçilər təyyarədaşıyan gəminin xüsusi otaqlarında təcrid olunublar. Onların səhhəti haqda məlumat verilmir.

Qeyd olunur ki, komandanlığın göstərişi ilə gəmi səyahətini vaxtından əvvəl dayandırıb.