Sularda da koronavirus tapıldı


Dünya 10 Apr 2020 15:06:00 126 0

Sularda da koronavirus tapıldı

Tullantı sularındakı virus hissəciklərindən Covid-19-a yoluxma sayı aşkarlana bilər.

Son.az xəbər verir ki, ABŞ-ın "Biobot Analytics" tibbi araşdırma qurumu Massaçusets ştatındakı tullantı sularında gözləniləndən daha çox yeni tip koronavirus qalıqları tapıb.

Hesabat tibb sahəsində hələ ki, rəsmi təsdiq edilməmiş araşdırmaların dərc edildiyi "MedRxiv" saytında yer alıb.

Bildirilib ki, "Biobot Analytics" araşdırma komandası 18-25 mart tarixində Massaçusetsdə böyük bir xəstəxananın tullantı sularından qalıqların DNT-lərini götürüb və müşahidə aparıb. Beləliklə, virus hissəciklərinin neçə müxtəlif insandan gəldiyini təxmin edə biliblər.

Milli Ümumi Elmlər İnstitutu tərəfindən dəstəklənən araşdırma nəticəsində bölgədə ən az 2 min 300 nəfərin virusa yoluxduğu ortaya çxıb. Eyni tarixdə Massaçusetsdəki yoluxma faktı isə rəsmi olaraq 446 olub.

Gələcəkdə pandemiyaları ölçmək üçün istifadə oluna bilər