Koronavirusa qarşı bitki mənşəli dərman tapıldı: “Dünyanın tarixini dəyişdirəcəyik”


Dünya 10 Apr 2020 11:43:00 118 0

Koronavirusa qarşı bitki mənşəli dərman tapıldı: “Dünyanın tarixini dəyişdirəcəyik”

Madaqaskar Prezidenti Andri Rajoelina ölkədə koronavirusa qarşı bitki mənşəli dərman tapıldığına dair açıqlama verib.

"Madaqaskarın koronavirusu müalicə edə biləcək dəvaya sahib olduğuna dair bir məktub aldım. "Edə biləcək" deyirəm, çünki bunun sübuta yetirilməsi lazımdır", - ölkə başçısı bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məktuba əsasən, sözügedən bitkinin koronavirusu tamamilə müalicə edə bildiyini söyləyən Rajoelina müəllifi və müalicəvi bitkinin adını açıqlamayıb.

"Sınaqlar təşkil edəcəyik, əminəm ki, Madaqaskar bu dərmanı tapacaq. Bütün dünyanın tarixini dəyişdirəcəyik", - Rajoelina bildirib.