Ermənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatdı


Dünya 10 Apr 2020 11:11:18 84 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 11-ə çatdı

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadə xəbər verir ki, məlumatı aprelin 10-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada daha bir nəfər virusdan ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.

Son sutkada isə daha 16 nəfərin infeksiyaya yoluxması qeydə alınıb.

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.