Dünya bu tarixdə məhv olacaq?


Dünya 10 Apr 2020 11:04:00 90 0

Dünya bu tarixdə məhv olacaq?

Dünya alimləri Yer kürəsini gələcəkdə təhdid edəcək təhlükələrlə bağlı bir sıra hesablamalar aparıblar.

Son.az axar.az-a istinadən xəbər verir ki, hesablamalara görə, müxtəlif illərdə planetimizdə köklü dəyişikliklər baş verəcək və bu da insanlarla yanaşı bütün canlı aləmin həyatına ciddi təsir göstərəcək.

10 min il sonra

Qlobal istiləşmə nəticəsində dəniz suyunun səviyyəsi 3-4 metr yüksələcək. Bəzi alimlər iddia edir ki, dünyada insan qalmayacaq.

13 min il sonra

Yer oxu tərsinə çevriləcək və bu da dünya orbitinin əks tərəflərində yay və qışın gəlməsinə səbəb olacaq.

15 min il sonra

Saxara səhrası tropik iqlimə sahib olacaq və bununla da dünyanın ən böyük səhrası yox olacaq.

20 min il sonra

1986-cı ildə Çernobıl qəzasından sonra tərk edilən ərazilər yaşayış üçün əlverişli olacaq.

36 min il sonra

Kiçik qırmızı planet Ross 248 Günəşə ən yaxın ulduz olacaq.

50 min il sonra

Şimali Amerikanın şərqindəki Niaqara şəlaləsi tamamilə yox olacaq.

100 min il sonra

Kainatdakı ən böyük ulduz olan "VY Canis Majoris" hipernova nəticəsində partlayıb yox olacaq və Dünyanın böyük hissəsi lava altında qalacaq.

200 min il sonra

Havay adalar qrupunda sualtı vulkanın püskürməsi nəticəsində okeanın ortasında bir ada yaranacaq.

300 min il sonra

"VR 104 Pinvhell" nebulasında yerləşən bir cüt ulduz sistemi supernova nəticəsində yox olacaq. Bu partlayış nəticəsində yaranacaq qamma şüaları Yerdəki yaşayış üçün böyük təhlükə törədəcək.

500 min il sonra

Dünyaya qarşısını almaq mümkün olmayan 1 km-lik asteroid düşəcək.

1 milyon il sonra

Dünya vulkanik partlayışların təsiri altına düşəcək və hər şey lava altında qalacaq.

2 milyon il sonra

ABŞ-dakı Böyük Kanyon getdikcə dərinləşəcək.