DİQQƏT! Bunu edən şəxslərin adları icazə sistemindən silinəcək


Digərləri 10 Apr 2020 09:42:00 140 0

DİQQƏT! Bunu edən şəxslərin adları icazə sistemindən silinəcək

Azərbaycanda bəzi şəxslərin adları icazə sistemindən silinəcək.

Son.az xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin departament müdiri Soltan Bayramov edib.

O bildirib ki, bu cür addım vəziyyətdən sui-istifadə edənlərin aşkarlanması məqsədilə atılır. Qurum rəsmisi vurğulayıb ki, işəgötürənlə icazə alınmış əməkdaş arasında heç bir əmək və xidməti müqavilə yoxdursa, həmin şəxslərin adlarının siyahıdan silinməsi tövsiyə edilir.

Ona görə də hüquqi və fiziki şəxslər işə çıxması zəruri olan əməkdaşlarının siyahısını müəyyən etməli və xüsusi karantin rejimi dövründə həmin əməkdaşların işə cəlb olunmasına çalışmalıdırlar.

Soltan Bayramov vurğulayıb ki, bu gündən etibarən həmin şəxslərin adları icazə siyahısından silinəcək və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək. SMS sistemindəki son vəziyyətə də toxunan qurum rəsmisi bildirib ki, orada bir sıra yeniliklər edilib.