Türk professor koronavirusu izolyasiya etməyi bacardı


Digərləri 10 Apr 2020 08:28:00 105 0

Türk professor koronavirusu izolyasiya etməyi bacardı

Türkiyənin Ərciyəs Universiteti Peyvənd Araşdırma Mərkəzinin (ERAGEM) müdiri Aykut Özdarendeli və komandası koronavirus hüceyrəsini Bioloji Təhlükəsizlik Səviyyəsi 3 (BSL 3) laboratoriya şəraitində izolyasiya etməyi bacarıb.

Son.az xəbər verir ki, professor məsələ ilə bağlı verdiyi açıqlamada virusun izolyasiya edilməsi və hüceyrə sisteminə adaptasiya olunmasının Kovid-19-un biologiyasının, patogenezinin ortaya qoyulmasında əhəmiyyətli rol oynadığını bildirib.

Eyni zamanda, bu iş koronavirusa qarşı peyvənd hazırlığına yaxından kömək edəcək.

Qeyd edək ki, Aykut Özdarendeli və komandası 2015-ci ildə Krım-Konqo qanamalı qızdırma peyvəndinin insanlar üzərində sınaqdan keçirilməsində uğur əldə etmiş və epidemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynamışdı. (publika.az)