Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb


Dünya 10 Apr 2020 04:26:49 173 0

Çində koronavirusa yeni yoluxma halları qeydə alınıb

Çinin materik hissəsində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 42&nəfər artıb.

Çinin materik hissəsində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 42nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib.

Yoluxan şəxslərin 38-si başqa dövlətlərdən gəlib. Digər dörd nəfər ölkə daxilində yoluxub.

Ötən gün koronavirusdan bir nəfər ölüb. Hadisə virusun yayılma mərkəzi olan Hubey vilayətində qeydə alınıb.

Hazırda Çində COVID-19-dan 1 116 nəfər müalicə alır.