Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb


Dünya 09 Apr 2020 23:54:00 142 0

Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Fransada ölkədə epidemiya başlayandan bəri yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlikdən 12 mindən çox insan ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən ölkədə koronavirusdan ölənlərin sayı 12 210 nəfər təşkil edib, ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır:

"Bununla belə, xəstəxanalarda ölən xəstələrin sayı 24 saat ərzində 7632 nəfərdən 8044 nəfərə qədər yüksəlib".