Pandemiya COBOLu bilən proqramçılara tələbatı artırıb


Digərləri 09 Apr 2020 22:20:00 120 0

Pandemiya COBOLu bilən proqramçılara tələbatı artırıb

"COVID-19" pandemiyası dönəmində köhnə proqram təminatı olan COBOL-u (COmmon Business Oriented Language) bilən proqramçılara  tələbat olduqca artıb.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda ABŞ rəsmiləri məlumat yayıb.

Məlumata görə, bu proqramçılar 50 il əvvələ aid olan proqram təminatını yenilənməlidilər. Bu proqram məşğulluq sistemində işləyən 40 yaşlı kadrlar tərəfindən istifadə olunur: "Bu, qeyri-adi görünə bilər, çünki COBOL (COmmon Business Oriented Language) ən qədim proqramlaşdırma dillərindən biridir. İlk versiyası 1959-cu ildə yayımlansa da, hələ də müəssisələrdə və hökumətdə işləyir".

"Təəssüf ki, mütəxəssis tapmaq asan deyil. COBOL bir neçə ildir ki, universitetin tədris planına daxil edilməyib. Bu sahədə mütəxəssis tapanadək pensiyaçılar arasındakı könüllülərin bilgilərindən istifadə olunacaq", - deyə məlumatda qeyd olunub.