COVID19 ilə mübarizə üçün konsorsiuma qoşuldu


Digərləri 09 Apr 2020 21:15:00 95 0

COVID19 ilə mübarizə üçün konsorsiuma qoşuldu

"NVIDIA" şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn "High Performance Computing (HPC) Consortium" superkompüter konsorsiumuna qoşulub.

Son.az ictnews.az-a istinadən bildirir ki, konsorsiumun tərkibinə ABŞ hökumətinin və akademik müəssisələrin aparıcı texniki mütəxəssisləri, eləcə də "IBM", "Amazon Web Services", "Google Cloud" və "Microsoft" şirkətlərinin sənaye ekspertləri daxildir.

Konsorsiumun əsas məqsədi koronavirusun aşkarlanması və müalicəsi üçün effektiv metodların hazırlanmasının sürətləndirilməsindən ibarətdir.

Məlumata görə, şirkət ümumi məhsuldarlığı 400 petaflops təşkil edən 30 superkompüterdən istifadəni təmin etməyə hazırdır. Bundan başqa, "NVIDIA" mütəxəssisləri süni intellekt, superkompüter hesablamaları, dərman axtarışı, molekulyar dinamika, genomika, diaqnostik vizuallaşdırma və məlumatların analizi sahəsindəki təcrübələrini bölüşmək niyyətindədirlər.

Bildirilir ki, "NVIDIA" qrafik prosessorları hazırda əksər superkompüterlərdə istifadə edilməklə "COVID-19" ilə bağlı problemlərin axtarışı və həlli ilə məşğul olurlar.