Britaniyada koronavirusdan ölənlərin sayı 8 minə çatır
Dünya 09 Apr 2020 20:23:12 109 0
Böyük Britaniyada daha 881 nəfər koronavirusun qurbanı olub.
Böyük Britaniyada daha 881 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərinsayı 7 978-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 550 000-i ötüb. Bunların 344 794 nəfəri sağalıb, 91 709nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə: report.az