Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət –


Digərləri 09 Apr 2020 20:05:00 88 0

Koronavirusun gözlərdən keçdiyini göstərən 3 əlamət –

Amerika Oftalmoloqlar Akademiyasının araşdırmalarına əsasən. koronavirus xəstəliyi (COVİD-19) yalnız ağciyər, ürək və damar sistemini deyil, eyni zamanda gözləri də zədələyərək, viral konyunktivit adlı xəstəlik yarada bilir.

Son.az medicina.az-a istinadən oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günel Xalıqverdiyevanın koronavirusun gözlərdə əsas əlamətləri və necə qorunmaq barədə geniş açıqlamasını təqdim edir:

" Virus yoluxması gözlərdə 3 əsas əlamətlə özünü biruzə verir: qızartı, sulanma və yaş axma.

Lakin bu əlamətlər yalnız COVİD-19 xəstəliyi ilə bağlı yaranmayaraq, digər göz xəstəliklərinin də ilkin əlaməti ola bilər. Xoşbəxtlikdən koronavirus xəstəliyinə yoluxan insanların yalnız 1-3 %-də qırmızı göz əlamətləri müşahidə olunmuşdur.

Pandemiya dövründə xəstəliyin yoluxmasının azalması və gözlərinizin qeydinə qala bilmək üçün bəzi qaydalara mütləq riayət olunmalıdır.

Gözlərinizi ovmayın!

Dezinfeksiya olunmamış (ən az 60%-li spirt, dezinfeksiyaedici məhlul) çirkli əllərinizlə gözlərinizə toxunmayın!

Havada və ya əşyalar üzərində olan virus hissəcikləri əlinizdən gözün selikli qışasına keçərək xəstəliyin yoluxma riskini artıra bilər.

Optik linzaların istifadəsindən imtina edin!

Görmə qabiliyyətinin artırılması üçün yalnız optik eynəklərə üstünlük vermək məsləhətdir.