iPhone Xə Windows 10 əməliyyat sistemi quruldu VİDEO


Digərləri 09 Apr 2020 20:10:00 102 0

iPhone Xə Windows 10 əməliyyat sistemi quruldu  VİDEO

Virtual Machine və ya Virtuallaşdırma proqramları bir əməliyyat sistemi üzərində başqa bir əməliyyat sistemini qurub istifadə etməyə imkan verən proqramlardır. iPhone və iPad-lər üçün xüsusi hazırlanan UTM adı verilən virtuallaşdırma proqramı ilə bu cihazlara iOS-dan başqa Windows və Linux ƏS-lərini qurmağı mümkün edir. Hacking Jules Youtube kanalı bu proqramı istifadə edərək iPhone X-ə Windows 10 ƏS-ini yükləyə bildi.

UTM virtuallaşdırma proqramı ilə Apple iPhone X-ə Windows 10 əməliyyat sistemi quruldu.

Videodan göründüyü kimi iPhone X-ə yüklənilən Windows 10 çox yavaş işləyir. Windows-un əsas hissələri olan File Explorer (Fayl bələdçisi) və Ayarlar kimi bölmələrə girdikdə 30 saniyə gözləmək lazım olur. Qeyd edək ki, əməliyyat sistemi iPhone X-də tamamilə işləyə bilir. Hətta Paint və Office proqramları da açılır. Lakin biraz gözləmək lazım olur.     

İşin zəhmətli tərəfi isə odur ki, iPhone X-ə Windows 10-u yükləmək 2 saat qədər bir vaxt alır. Lakin Windows 10-un standart bir komputerə yüklənmə vaxtı isə 20-30 dəqiqə arası dəyişir. Apple tərəfindən SandCastle proyekti kimi məhkəməyə veriləcəyini düşündüyümüz üçün yükləmə linklərini və quraşdırılma təlimatlarına xəbərimizdə yer vermirik. SandCastle proyekti iPhone-lara Android yüklənilməsini mümkün edən proyekt idi və Apple tərəfindən məhkəməyə verildi.