Gürcüstanda koronavirusa yoluxanların sayı artdı


Dünya 09 Apr 2020 19:28:17 121 0

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 216 nəfərə çatıb. Onların 50-si sağalıb, 3-ü isə ölüb.

Gürcüstanda daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 216 nəfərə çatıb. Onların 50-si sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 722, stasionar nəzarətdə isə 408 nəfər var.