Türkiyədən həyəcanlandıran xəbər: peyvənd bu tarixdə hazır olacaq


Dünya 09 Apr 2020 18:47:00 118 0

Türkiyədən həyəcanlandıran xəbər: peyvənd bu tarixdə hazır olacaq

Türkiyədə koronavirus peyvəndinin hazırlanması üçün komandası ilə birlikdə çalışan professor Ərcümənt Ovalı həyəcanlandıran paylaşım edib.

Son.az xəbər verir ki, Ovalı tvitterdən peyvəndin tezliklə hazır olacağı siqnalını verib.

Koronavirusa qarşı komandası ilə birgə laboratoriyada özünü karantinə alan professor bu sözləri yazıb: "7 gün 16 saat işlədikdən sonra artıq qurduğumuz sistemin təhlükəsiz olduğu təsdiqləndi. İndi qəhrəmanlarım içəri girir. 23 aprel üçün sözləşdik"./Publika.az