"Kənan heç dram da çəkə bilmir"


Şou-biznes 09 Apr 2020 18:49:00 124 0

"Kənan heç dram da çəkə bilmir"

"Bir dəfə yazdım ki, Kənan yaxşı oğlandır, İnşallah, yaxşı rejissor da olar. Kənan da başladı söyüşlər yazmağa. Kənan heç dram da çəkə bilmir. Hamısından yaxşı film çəkməsin, çəkilsin".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni "Söhbətsiz" verilişində deyib. O, "Ay Brilliant" filmlərini lentə alan rejissor Kənan M.M.-lə yaşadıqları qalmaqaldan söz açıb.

İlkin Kənanın rejissorluğunu bəyənmədiyini söyləyib:

"Gələnlərin əksəriyyəti kimisə təkrarlayır. Əgər yeni gələnin bir özünəməxsusluğu yoxdursa, yadda qalmayacaq. Bu, onun geyimi, saçı, danışığı, hərəkətləri ola bilər. İstəyirəm yeni simalar üzə çıxsın: ləhcəylə danışmayan, fikrini düzgün ifadə edən... İndi televiziyalarda təmizləmə işləri başlayıb. Amma təmizlənənlərin yerinə də gələnlər köhnə aparıcılardır".